ABŞ prezidenti Donald Tramp İsrailin Qəzza zolağında hərbi məqsədlərini dəstəklədiyini bildirib.
1xeber.media xəbər verir ki, bu barədə mayın 22-də İsrail hökumətinin başçısı Benyamin Netanyahunun ofisinin mətbuat xidməti məlumat yayıb.
Onlar qeyd ediblər ki, ölkənin baş naziri Amerika lideri ilə telefon danışığı olub, söhbət zamanı Qəzzada hərbi əməliyyatlar müzakirə olunub.
“Tramp Baş nazir Netanyahunun bütün girovlarımızı azad etmək, Fələstin hərəkatı HƏMAS-ı məhv etmək və Trampın planını (anklav sakinlərinin köçürülməsi – red.) irəli sürmək üçün qarşıya qoyduğu məqsədləri dəstəklədiyini bildirib” ofisin saytında deyilir.
Vurğulanır ki, ABŞ prezidenti də İsrailin Vaşinqtondakı səfirliyinin iki əməkdaşının öldürülməsi ilə bağlı başsağlığı verib.