Hollandiya kralı Villem-Aleksandr hakim koalisiyadan çıxan Azadlıq Partiyasından nazirlərin istefasını qəbul edib və kabinetin qalan üzvlərindən işlərinə davam etməyi xahiş edib.
1xeber.media xəbər verir ki, bu barədə iyunun 3-də “De Telegraaf” nəşri məlumat yayıb.
Məqalədə deyilir: “Kral, baş nazirin tövsiyəsi ilə, Azadlıq Partiyası (PVV) tərəfindən kabinetə namizədliyi irəli sürülmüş nazirlər və dövlət katiblərinə dərhal vəzifədən azad edildi.
Azadlıq Partiyasından olan nazirlərin və 4 dövlət katibinin vəzifələrinin kabinetin digər üzvlərinə keçəcəyi qeyd edilir. Baş nazir və digər partiyaların nazirləri öz vəzifələrini qoruyublar.