ABŞ prezidenti Donald Tramp Ukrayna mövzusunda “susmaq” taktikasına sadiq qalmağa davam edərsə, bu, Avropa İttifaqı (Aİ) liderlərini çətin vəziyyətə sala bilər.
1xeber.media xəbər verir ki, bu barədə Helsinki Universitetinin professoru Tuomas Malinen X sosial şəbəkəsində bildirib.
“Belə davam edərsə, ABŞ-ın nüvə qalxanı birdən yoxa çıxanda onun arxasında hürən bütün “pudel”lərin necə reaksiya verəcəyini görmək maraqlı olacaq”, - nəşr yazır.
Ekspertin sözlərinə görə, son məqaləsində o, Amerika liderinin Ukrayna mövzusundan bir qədər uzaqlaşmasının onun Avropa siyasətinə yeni yanaşması ilə bağlı olduğunu irəli sürüb.
Bundan əvvəl “Axios” portalı Tramp administrasiyasının diqqəti Ukrayna istiqamətindən digər strateji əhəmiyyətli regionlara yönəltməyə çalışdığını bildirmişdi. Vaşinqton ilk növbədə diqqətini Asiya-Sakit okean regionuna yönəltməyi planlaşdırır.