ABŞ-də zəif iqtisadi göstəricilər və borc narahatlıqları dolların son üç ildə ən aşağı səviyyəyə enməsinə səbəb olub.
1xeber.media bildirir ki, ISM-in istehsal indeksi may ayında 48,5-ə düşüb, bu da iqtisadi zəifləməyə işarədir.
Eyni zamanda, ABŞ-nin 30 illik istiqrazlarının gəlirliliyi 4,97%-ə yüksəlib. JPMorgan rəhbəri Ceymi Daymon artan borcun bazarı çökdürə biləcəyi barədə xəbərdarlıq edib.
Prezident Trampın polad və alüminium idxalına 50%-lik yeni rüsumları elan etməsindən sonra “Comex” polad fyuçersləri 14%, “Nucor” və “Steel Dynamics”in səhmləri isə 10%-dən çox bahalaşıb.