Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinski mənim müraciətim əsasında saxlanılıb.
1xeber.media xəbər verir ki, bunu Rusiya Federasiyası Dövlət Dumasının deputatı, “Ədalətli Rusiya” partiyasının lideri Sergey Mironov sosial şəbəkədə yazıb.
Mironov həmçinin bildirib ki, müraciətindəki əsas məsələnin – bütün Azərbaycan diasporunun, o cümlədən Moskvanın ən böyük “Sadovod” və “Food City” bazarlarının (Azərbaycan əsilli rusiyalı milyarder Qod Nisanova məxsus) yoxlanılmasının nəticələrini gözləyir.
Qeyd edək ki, Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, “dövlət məmuruna qarşı zorakılıq” işi üzrə ittiham edildiyinə görə sentyabrın 14-dək istintaq təcridxanasına göndərilib.