Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen Rusiyadan neft idxalına rüsumların artırılmasını təklif edib.
1xeber.media xəbər verir ki, bu barədə AK-nin sözçüsü Ulof Gill bildirib.
Gillin sözlərinə görə, yeni tədbirlər birbaşa ticarətə aid olduğu üçün 19-cu sanksiyalar paketinə daxil edilməyəcək. Rüsumun artırılması sadə səs çoxluğu ilə qəbul edilə bilər.
"Biz çoxdan Rusiya enerjisindən imtina etmək qərarına gəldik, lakin indi daha çox addımlar ata biləcəyimizə qərar verdik. Xüsusilə, <...> Avropa Komissiyasının rəhbəri Rusiya neftinin idxalına rüsumların artırılmasını təklif etdi. Bu təklif vaxtında təqdim olunacaq", - o izah edib.
AK prezidenti fon der Leyen və energetika üzrə komissarı Dan Yorgensen Rusiyanın əsas enerji mənbələrinin daha tez dayandırılmasına çalışırlar. Avropa rəsmiləri vurğulayırlar ki, bu mənbələrdən əldə olunan gəlirlər Moskvaya Ukraynada döyüşləri uzatmağa imkan verir. Buna görə də Avropa İttifaqının (Aİ) səlahiyyətlilərindən 19-cu sanksiyalar paketi çərçivəsində 2026-cı ilə qədər bölgəyə Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) idxalını tamamilə qadağan etməyi nəzərdən keçirmələri xahiş olunur.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Macarıstanın Rusiya yanacağının istifadəsini dayandıra biləcəyini təklif etmişdi. O qeyd edib ki, hələ Macarıstanın baş naziri Viktor Orbanla bu məsələni müzakirə etməyib, lakin Orbanın Rusiya neftinin alınmasını dayandırmağa razılaşa biləcəyini "hiss edirəm". Macarıstanın xarici işlər naziri Péter Szijyarto sosial şəbəkədə cavab olaraq yazıb ki, Macarıstan Trampın sülh səylərini dəstəkləyir, lakin coğrafi mövqeyini dəyişə bilməz.