22 oktyabrda Strateji Nüvə Qüvvələri Prezident Vladimir Putinin rəhbərliyi altında təlim keçirib.
1xeber.media xəbər verir ki, bu barədə Kremldən məlumat yayılıb.
Məlumata görə, təlimdə bir neçə qitələrarası ballistik və qanadlı raket buraxılıb.
Bildirilib ki, Plesetsk kosmodromunda “Yars” raket sistemi, Barents dənizindəki “Bryansk” sualtı qayığından “Sineva” ballistik raketi və “Tu-95MS” strateji bombardmançıları vasitəsilə bir neçə raket buraxılıb.
Rusiya Prezidenti Vladimir Putin Situasiya Mərkəzinin hərbi qulluqçuları ilə görüşündə təlimin planlı rejimdə aparıldığını deyib.