Son günlər mediadan düşməyən Ramiz Mehdiyev və ailəsi ilə bağlı hər gün yeni informasiya yayılır.
1xeber.media Oxu24.com-a istinadla xəbər verir ki, bu dəfə Mehdiyevlər ailəsi qəbiristanlıq işçilərinin hiddətinə tuş gəlib.
Belə ki,Ramiz Mehdiyevin qayınanası Natela Kondratevna Qurskayanın məzarının təmizlik işlərinə baxan şəxslərin pulları iki aydır ki,verilmir.
Mənbənin saytımıza verdiyi məlumata görə, Qalina Mehdiyeva və gəlini Nigar Mehdiyeva həbs xəbərindən əvvəl tez-tez həmin qəbiri ziyarət ediblər.
Lakin son söz-söhbətlərdən sonra ailə gözə görünmür. Bu səbəbdən də təmizlik işlərinə baxan şəxslərin pulları da verilmir.
“Buraya tez-tez o qoca,əsə-əsə gəzən arvad (Red- Ramiz Mehdiyevin arvadı,Qalina Mehdiyevanı nəzərdə tutur) gəlirdi.Özü də 10-AA-501 dövlət nömrə nişanlı avtomobillə ... Bir də hərdən o bankda işləyən qız da (Red - Gəlini Nigar Mehdiyevanı nəzərdə tutur) gəlirdi. İki aydır ki,nədənsə,gəlmirlər.Bizə də hər dəfə 20 manat pul verirdilər. Axırıncı dəfə təmizlədik,dedikləri işləri gördük, amma pulumuzu vermədilər.Sonra eşitdim ki,bunlar ermənidilər... Bunlar doğurdan da ermənidirlər? Erməni olduqlarını eşidəndən sonra daha təmizləmirəm”,-deyə məzarlığın əməkdaşı saytımıza açıqlamasında deyib.