İranlı Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi səhhətinin kəskin pisləşməsi səbəbilə həbsxanadan xəstəxanaya köçürülüb.
1xeber.media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, Məhəmmədi Zəncan həbsxanasından həmin əyalətdə yerləşən xəstəxanalardan birinə aparılıb. Onun ailəsi və tərəfdarları uzun müddətdir Məhəmmədiyə təcili tibbi yardım göstərilməsi üçün çağırış edirdi.
Qeyd edək ki, hüquq müdafiəçisi Nərgiz Məhəmmədi 2023-cü ildə qadın hüquqları uğrunda mübarizəsinə görə Nobel Sülh Mükafatına layiq görülüb.

















