Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalan Qurbanov Tural Gürşad oğlunun ailəsinə şəhidin təltif olunduğu "Vətən uğrunda" medalı təqdim edilib.
1xeber.media xəbər verir ki,tədbirdə şəhidin atası, rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Şəhidin atası Gürşad Qurbanov oğlunun xidmətlərinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyinə, həmçinin göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.



















