Mavriki Prezidenti Daramber Qoxul WUF13-ə dəvət üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
1xeber.media xəbər verir ki, o, bunu WUF tarixində ilk dəfə Bakıda keçirilən Liderlər Sammitindəki çıxışında səsləndirib.
D.Qoxul qeyd edib ki, hazırda dünyada 3 milyard insan hələ də uyğun olmayan mənzil şəraitində, 1 milyarda yaxın insan isə gecəqondularda yaşayır:
"Bu presedentsiz humanitar problemdir. İştirak etdiyimiz forum təcrübələrin paylaşılması və qabaqcıl təcrübənin ötürülməsi üçün ən yaxşı fürsətdir. Hökumətimiz 2040-cı ilə qədərki milli inkişaf strategiyasını təsdiq edib. Bizim üçün planlaşdırma fövqəladə əhəmiyyət daşıyır. Məqsədimiz məhdud torpaq resurslarından səmərəli istifadəni və yeni şəhərsalma gündəliyinə tam uyğun, sosial ədaləti təmin etməkdir. Aşağı və orta gəlirli ailələr üçün layiqli, əlçatan mənzil təminatına çıxışı həyata keçirməliyik".

















