ABŞ-ın Nyu York şəhərində yerləşən gəmiqayırma zavodunda yanğın və partlayış baş verib.
1xeber.media xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
Bildirilib ki hadisə nəticəsində 16 nəfər xəsarət alıb. Yaralananlardan 3-nün vəziyyətinin ağır olduğu və onların xəstəxanaya yerləşdirildiyi vurğulanıb.
Partlayışın səbəbləri araşdırılır.

















