Futbol üzrə İsveçrə millisi dünya çempionatında komanda rekorduna imza atıb.
1xeber.media Opta-ya istinadən xəbər verir ki, 1/16 final mərhələsinin Əlcəzairlə oyununda hesabı açan Avropa təmsilçisi mundiallar tarixində ardıcıl 4-cü matçda ilk qolu vuran yeganə komanda olub.
İsveçrəlilər qrup mərhələsində Qətər, Bosniya və Herseqovina və Kanada ilə görüşlərdə də hesabı açmışdılar.
Qeyd edək ki, İsveçrə - Əlcəzair oyununda ilk hissədən sonra hesab avropalıların xeyrinədir – 1:0.
















