Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsində Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Süleyman Neymətovun polis general-leytenantı rütbəsində ilk fotoşəkli yayımlanıb.
1xeber.media xəbər verir ki,Süleyman Neymətovun yeni rütbədə fotosu DİN-in rəsmi internet səhifəsində yerləşdirilən tərcümeyi-halına əlavə edilib.
Qeyd edək ki, onun polis general-leytenantı rütbəsinə layiq görüldüyü barədə məlumat ilk dəfə iyulun 2-də yayılıb. Süleyman Neymətov 1993-cü ildən daxili işlər orqanlarında xidmət edir, 2022-ci il dekabrın 28-dən isə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsini icra edir.
O, xidmət dövründə müxtəlif rəhbər vəzifələrdə çalışıb, 2002-ci ildə “İgidliyə görə”, 2020-ci ildə isə “Vətən uğrunda” medalları ilə təltif olunub.
















