1xeber.media xəbər verir ki, Rusiyanın Lipetsk şəhərində təyyarə tipli pilotsuz uçuş aparatı (PUA) çoxmərtəbəli yaşayış binasına düşüb.
Bu barədə Lipetsk vilayətinin qubernatoru İqor Artamonov Telegram kanalında məlumat yayıb.
Qubernatorun sözlərinə görə, aparatın düşməsindən sonra partlayış baş verməyib və hadisə nəticəsində xəsarət alan olmayıb.
“Evin sakinləri təxliyə edilib. Ərazi mühasirəyə alınıb. Hadisə yerində bütün operativ xidmətlər çalışır”, – deyə Artamonov bildirib.
Qeyd edək ki, daha əvvəl Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Ukrayna qüvvələrinin hücumundan sonra bölgədə bir neçə tikilinin zərər gördüyünü açıqlamışdı.

















