Sabah Qaradağ rayonunun bir sıra yerlərində qaz olmayacaq.
1xeber.media xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək rayonun Ələt qəsəbəsinin, Kötəl və Şıxlar yaşayış massivlərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.















