Futbol üzrə Dünya Çempionatının 19 iyulda baş tutan final qarşılaşması öncəsi Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin paylaşımı diqqət çəkib.
1xeber.media Bakupost.az-a istinadla xəbər verir ki, ötən gün finalın başlamasına 1 saat qalmış Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə təlim keçmiş ispan pilotların tarixindən bəhs edən sənədli filmi paylaşıb.
O qeyd edib ki, Gəncə uzun illər onun üçün gizli bir sirr olaraq qalıb: bəzi yaşlı sakinlərin şəhərdəki məktəblərdən birini niyə "İspan məktəbi" adlandırması və Gəncədə ispan pilotların məzarlarının olması sual doğurub.
H.Hacıyev bildirib ki, "AnewZ" tərəfindən hazırlanmış "The aviators of Ganja | AnewZ investigative documentary" ("Gəncənin aviatorları | AnewZ araşdırma sənədli filmi) adlı araşdırma filmi bu unudulmuş tarixin bir hissəsinə işıq salır.
H.Hacıyevin ispan pilotlarla bağlı bu paylaşımı İspaniyaya azarkeşlik etməsinin mesajı ola bilərmi?















