Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2026-cı il tarixində kənd təsərrüfatının inkişafı ilə bağlı keçirdiyi müşavirədə verdiyi tapşırıqların icrasını təmin etmək, aqrar və su təsərrüfatı sahəsində aparılan yeniliklərlə yaxından tanış olmaq, həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin rayonda uğurlu icrasını təşkil etmək məqsədilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli Atakişili kəndində iri fermer təsərrüfatında qurulan müasir suvarma sistemlərinə baxış keçirib.
1xeber.media xəbər verir ki,baxış zamanı modern pivot suvarma sistemlərinin iş prinsipi, onların su itkisinin qarşısının alınmasındakı rolu və məhsuldarlığa müsbət təsiri yerində nəzərdən keçirilib.
Sonda icra başçısı 2026-2030-cu illəri əhatə edən Dövlət Proqramı ilə bağlı qarşıya qoyulan tapşırıqların vaxtında və keyfiyyətlə icra olunması istiqamətində öz tövsiyə və tapşırıqlarını verib.
Dövlət başçısının müəyyən etdiyi strateji xəttə uyğun olaraq, Kürdəmir rayonunda kənd təsərrüfatının inkişafı və məhsuldarlığın yüksəldilməsi istiqamətində nəzarət tədbirləri davam etdiriləcəkdir.


















