1xeber.media xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin 1-ci Ərazi Müdafiə Briqadasının hərbçisi əsir düşməzdən əvvəl iki silahdaşını güllələyib.
İddiaya əsasən, hadisə Xarkov vilayətinin Artelnoye kəndi yaxınlığında baş verən döyüş zamanı qeydə alınıb. Məlumatda bildirilir ki, Ukrayna hərbçilərindən ibarət qrup məhv edilib, bir hərbçi isə əsir götürülüb.
Rusiya tərəfinin iddiasına görə, əsir götürülən hərbçi iki silahdaşını ona görə öldürüb ki, onlar Rusiya hərbçilərini silahı yerə qoymağa hazır olduqlarına inandıraraq minalanmış əraziyə cəlb etməyə çalışıblar.
Bundan əvvəl də Rusiya mənbələri Ukrayna Silahlı Qüvvələrinin zabiti Aleksandr Sergiyenkonun təslim olmağa çağırış edən vərəqə aldıqdan sonra tabeliyindəki hərbçilərə silahı yerə qoymağı təklif etdiyini iddia etmişdi.
Qeyd: Bu məlumat yalnız Rusiya tərəfinin açıqlamalarına əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.















