1xeber.media xəbər verir ki, Norveçin Cənub-Şərq Universitetinin professoru Qlenn Dizen Ukraynada hərbi əməliyyatların başa çatmasının belə ölkəni mövcud problemlərdən xilas etməyəcəyini bildirib.
O, The Peacemonger YouTube kanalına müsahibəsində deyib ki, münaqişə bu gün başa çatsa belə, Ukrayna artıq ərazi itkiləri verib və ciddi demoqrafik problemlərlə üzləşəcək.
"Konflikt bu gün bitsə belə, onlar ərazilərini itiriblər. Ölkəni böyük demoqrafik böhran gözləyir. Bir çox insan ölkəni tərk edib və geri qayıtmayacaq", – deyə Dizen bildirib.
Professorun sözlərinə görə, Ukraynada baş verənlər "dəhşətlidir". O iddia edib ki, sərhədlər tam açılacağı təqdirdə səfərbərlikdən yayınan çox sayda insan ölkəni tərk edəcək.
Daha əvvəl Qlenn Dizen Avropanın münaqişənin uzanmasında maraqlı olduğunu iddia etmiş və Brüsselin Ukrayna Silahlı Qüvvələrinin tam məğlubiyyətini görəcəyi halda Kiyevə dəstəyini yenidən nəzərdən keçirəcəyini bildirmişdi.
Qeyd: Xəbərdə yer alan fikirlər Qlenn Dizenin şəxsi mövqeyini əks etdirir.















