Xəbər verdiyimiz kimi, tiktoker İlduzə Hacıyeva (Arzum) biraz əvvəl ilk apellyasiya məhkəməsində ev dustaqlığına buraxılıb.
1xeber.media “Qafqazinfo”-ya istinadla xəbər verir ki, tiktoker artıq məhkəmə binasını sərbəst tərk edib.
Arzum həbsdən azad edilməsi qərarına görə təşəkkür edib.
Qeyd edək ki, hakim Elnur Nuriyev təqsirləndirilən şəxsin 4 uşaq anası olmasını nəzərə alıb qətimkan tədbirini dəyişməklə yanaşı, məhkəmə baxışının da istintaqla aparılmasına qərar verib.




















