1xeber.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətin səhv qərarlar verdiyini düşünəcəkləri təqdirdə, ölkə vətəndaşlarının onu hakimiyyətdən uzaqlaşdıraraq müxalifət liderlərini hakimiyyətə gətirə biləcəyini bildirib.
Paşinyan belə bir ssenaridə özünün İrəvanın Respublika meydanında asılmasına razı olduğunu deyib.
“Qoy bizi hakimiyyətdən uzaqlaşdırsınlar və sevimli, ən dürüst Koçaryanı, Sarkisyanı, Tsarukyanı hakimiyyətə gətirsinlər, bizi isə Respublika meydanında assınlar. Mən bu ssenari ilə razıyam”, – Paşinyan bildirib.
Qeyd edək ki, avqustun 25-də Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb və daha sonra onun ofisi siyasətçinin saxlanıldığını açıqlayıb.
















