1xeber.media xəbər verir ki, Qərb Ermənistan hakimiyyətindən Rusiya vətəndaşları üçün viza rejiminin tətbiq edilməsini tələb edib.
Bu barədə “Hraparak” Ermənistan hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, İrəvandan bu addım Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılması prosesinin bir hissəsi kimi tələb olunur. Bildirilir ki, Ermənistan şərti yerinə yetirəcəyi təqdirdə, bir neçə ildən sonra Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsinə nail ola bilər.
Mənbənin sözlərinə görə, prosesə 2029-cu ildə başlanılması planlaşdırılır.
Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Rusiya vətəndaşları üçün viza tətbiq etməsinin ölkənin öz vətəndaşlarına zərər vuracağını bildirmişdi.
Ermənistanın baş naziri Nikol Paşinyan isə viza rejiminin tətbiqi məsələsinin ölkənin gündəmində olmadığını və bununla bağlı heç bir planın olmadığını açıqlamışdı.

















