Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinə yeni rəis təyin edilib.
1xeber.media “Unikal”-a istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Əmrə əsasən, rəis vəzifəsinə Nəsirov İsmayıl Rauf oğlu təyinat alıb.
Qeyd edək ki, İsmayıl Nəsirov bu təyinata qədər Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini vəzifəsində çalışıb.

















