İran Silahlı Qüvvələrinin Baş Qərargahından bir heyət mart ayında əsir götürülmüş üç iranlı pilotun taleyini öyrənmək üçün Qətərə yola düşüb.
1xeber.media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi bildirib.
"Ölkəmizin üç cəsur pilotunun taleyinin aydınlaşdırılması bütün diplomatik məsləhətləşmələrin gündəliyində daimdir və Silahlı Qüvvələrin Baş Qərargahından texniki nümayəndə heyəti son günlərdə yoxlamalar aparmaq üçün Qətərə yola düşüb", - deyə diplomat qeyd edib.
Avqustun 15-də İran Silahlı Qüvvələri Baş Qərargahının İtkin Düşmüş Şəxslərin Axtarışı Komitəsinin rəhbəri Məhəmməd Bağırzadə mart ayında Qətərdə qırıcı təyyarələrinin döyüş uçuşu zamanı qəzaya uğraması nəticəsində üç İran Su-24 pilotunun əsir götürüldüyünü açıqlamışdı.

















