Ukrayna nümayəndə heyətinin ABŞ rəsmiləri ilə görüşə qeyri-rəsmi geyimdə gəlməsi siyasi mesaj kimi qiymətləndirilib.
1xeber.media xəbər verir ki, politoloq və publisist Georgi Dibrov “İzvestiya”ya açıqlamasında bu fikri səsləndirib.
Kiyevdə keçirilən görüşdə Ukrayna Prezidenti Volodimir Zelenski və onun ofisinin rəhbəri Kirill Budanov qalstuksuz, qara geyimdə, “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya isə üzərində “Kiyev rejimi” yazısı olan köynəkdə iştirak edib. Araxamiya eyni yazılı köynəkləri ABŞ nümayəndələrinə də hədiyyə edib.
Dibrovun sözlərinə görə, bu görünüş diplomatik protokolun sadəcə pozulması deyil, ABŞ tərəfinə və danışıqlar prosesinə münasibəti göstərən siyasi jest kimi qəbul edilə bilər.
Politoloq qeyd edib ki, ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Jared Kuşner Donald Trampı təmsil edir. Bu səbəbdən Ukrayna nümayəndə heyətinin belə davranışının siyasi məna daşıya biləcəyini bildirib.

















