Rusiyanın Şərqi Sibir bölgəsində zəlzələ baş verib.
1xeber.media xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, yeraltı təkanlar sentyabrın 8-də yerli vaxtla saat 02:52-də qeydə alınıb.
Zəlzələnin maqnitudası 4,2 olub. Seysmoloqlar bu gücdə zəlzələni hiss edilə bilən və episentrə yaxın ərazilərdə cüzi dağıntılara səbəb ola biləcək təkanlar kimi qiymətləndirirlər.
Zəlzələnin episentri Buryatiya Respublikasında Kıren kəndindən 48 kilometr qərbdə, İrkutsk vilayətinin Anqarsk şəhərindən isə 186 kilometr cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.
İlkin məlumatlara görə, ölən və xəsarət alan yoxdur. Dağıntılar barədə də məlumat daxil olmayıb.
Qeyd edək ki, sentyabrın 4-də Kamçatkanın şərq sahilləri yaxınlığında da 4,4 maqnitudalı zəlzələ baş vermişdi.

















