
1xeber.media xəbər verir ki, Çin Kommunist Partiyası Pekində dörd gün davam edəcək beşinci plenumun işinə başlayıb. Qapalı keçirilən toplantıda partiyanın idarəçilik sistemi, daxili intizam və korrupsiyaya qarşı mübarizə məsələləri müzakirə olunur.
Çin Prezidenti Si Cinpinin rəhbərlik etdiyi toplantı 29 oktyabradək davam edəcək. Plenumda yüksəkvəzifəli partiya rəsmilərinin fəaliyyətinə nəzarətin gücləndirilməsi və dövlət idarəçiliyində intizamın artırılması məsələlərinin ön planda olacağı bildirilir.
Analitiklər toplantının 2027-ci ildə gözlənilən rəhbərlik dəyişikliklərindən əvvəl siyasi baxımdan əhəmiyyət daşıdığını qeyd edirlər. Bununla belə, konkret kadr qərarlarının bu toplantıda qəbul ediləcəyi hələ təsdiqlənməyib.















