"Mərdəkanda 4 nəfər boğulub. Halbuki çimərlik mövsümü hələ yeni başlayıb. Bunun səbəbi nədir? Mən sizə ehtimal olunan səbəblərdən birini deyim.
Ötən ilin qış aylarından etibarən Pirşağı ictimai çimərliyində dənizin qumu heç bir rəsmi açıqlama, xəbərdarlıq və ya ictimai məlumatlandırma aparılmadan daşınmağa başlanıb. Dənizin dibi qazılıb, sahənin təbii relyefi dəyişdirilib və sonra heç nə olmamış kimi işlər dayandırılıb".
1xeber.media bildirir ki, bu barədə özünün sosial şəbəkə hesabında jurnalist Xəyalə Rəis yazıb.















