Şabranda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
1xeber.media xəbər verir ki, qəza rayonunun Şahnəzərli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Hyundai Sonata” markalı avtomobil yük maşınına çırpılıb. Minik avtomobilində olan qadın sərnişin hadisə yerində həlak olub. Sürücü isə ağır bədən xəsarətləri alıb.
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Şabranda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1962-ci il təvəllüdlü şəxs (kişi) 26.08.2026-cı il tarixində saat 10:50 radələrində Şabran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Dəqiqləşdirilməmiş çoxsaylı travmalar diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən şəxsin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 12:30 radələrində bioloji ölüm faktı qeydə alınıb", - deyə məlumatda qeyd edilib.















