Moldova Xarici İşlər Nazirliyi Rusiyanın ölkədəki səfiri Oleq Ozerova etiraz notası təqdim edib.
1xeber.media xəbər verir ki, nota Rusiyanın Dnestryanı bölgədə Dövlət Dumasına seçkilərlə bağlı seçki məntəqələri açmaq niyyəti ilə əlaqədar verilib.
Moldova XİN-in məlumatına görə, Kişinyov Rusiya səfirliyində yalnız bir seçki məntəqəsinin fəaliyyətinə razılıq verib. Nazirlik icazəsiz şəkildə əlavə məntəqələrin açılmasını Moldova hakimiyyətinin mövqeyinə zidd addım hesab edir.
Bundan əvvəl Dnestryanı bölgənin rəhbəri Vadim Krasnoselski Rusiyanın regionda 17 seçki məntəqəsi açacağını bildirmişdi. Moldova hökuməti isə bunun konstitusion hakimiyyətlərin razılığı olmadan həyata keçirilməsinin qanunsuz olacağını açıqlayıb.

















