1xeber.media xəbər verir ki, Parisdəki Eyfel qülləsi BAPS adlı hindu sosial-mənəvi təşkilatının nümayəndə heyətinin səfəri ilə bağlı yaranan qalmaqaldan sonra keçirilən tətil səbəbindən müvəqqəti fəaliyyətini dayandırıb.
Nümayəndə heyəti sentyabrın 5-də Eyfel qülləsini ziyarət edib. İddialara görə, BAPS nümayəndələrinin qadın əməkdaşlarla təmasda olmaması xahiş edilib və qüllənin rəhbərliyi bu tələblə razılaşıb.
Bazar ertəsi əməkdaşlar qərara etiraz olaraq tətilə başlayıblar və nəticədə Eyfel qülləsi ziyarətçilər üçün bağlanıb.
BAPS daha sonra hadisə ilə bağlı rəsmi üzrxahlıq yayıb. Təşkilat qülləyə girişin heç kim üçün məhdudlaşdırılmadığını bildirib.
Paris meri Emmanuel Qreqoar isə hadisəni qəbuledilməz adlandıraraq məsələ ilə bağlı araşdırmaya başlanacağını açıqlayıb.
















