1xeber.media xəbər verir ki, Fransanın “Patriots” partiyasının lideri Florian Filippo Almaniyanın Ukraynaya hərbi dəstəyini sərt şəkildə tənqid edib.
Filippo sosial şəbəkədə paylaşımında Almaniya hökumətinin Kiyevə dəstək siyasətini “dəlilik” adlandırıb.
“Avroşahinlər – bu, sadəcə dəlilikdir! Ukraynaya nə bir silah, nə də bir avro! DAYANIN!” – deyə fransız siyasətçi bildirib.
Onun açıqlaması Almaniyanın Ukraynaya hərbi yardımını artırdığı bir vaxta təsadüf edib. Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya Bundesverin ehtiyatlarından PAC-2 raketlərinin göndəriləcəyini açıqlayıb. Berlin həmçinin hava-hava raketlərinin və uzaqmənzilli artilleriya sursatlarının tədarükünü genişləndirməyi planlaşdırır.
Filipponun mövqeyi Fransada Ukraynaya yardımın dayandırılmasını tələb edən sağçı qüvvələrin çağırışları fonunda səslənib.
















